Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edilib

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 1825

Bakıda yaşayış binasında yanğın baş verib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış  9 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.