Bakıda yağış yolları iflic etdi - Əraziyə polis nəzarət edir +Fotolar

bakida-yagis-yollari-iflic-etdi-
Oxunma sayı: 8804

Bir neçə gündür Bakıda davam edən güclü yağış bu gün səhər saatlarından başlayaraq paytaxtda avtomobillərin hərəkətində problemlər yaradıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda Nərimanov metrosunun ətrafında, Əhməd Rəcəbli küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsindəki dairədə avtomobillərin hərəkəti demək olar ki, dayanıb. Artıq 1 saatdan çox müddətdir ki, tıxac hərəkəti iflic edib.

Hərəkətin intensivliyini artırmaq üçün əraziyə Yol Polisi əməkdaşları cəlb olunmayıb.

Qeyd edilən ərazi Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin binasının qarşısı olduğunu nəzərə alsaq, təhlükənin həcmini anlamaq asan olar.

***

Hazırda sözügedən əraziyə Yol Polisi əməkdaşları nəzarət edir və tıxacın qarşısı alınıb. Avtomobillərin hərəkəti hər iki istiqamətdə davam edir.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov