Bakıda Xəzərin statusu üzrə görüş keçiriləcək

bakida-xezerin-statusu-uzre-gorus-kecirilecek
Oxunma sayı: 953

Xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, X.Xələfov bildirib ki, yanvarın sonunda Xəzərin statusu ilə bağlı İşçi Qrupun iclası keçiriləcək: “Artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyiblər. Bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyır. Həmçinin, konvensiyanın layihəsinin razılaşdırılmamış açıq qalan müddəalar üzrə müzakirə aparılacaq. İclasda 2017-ci ildə keçiriləcək sammitlə bağlı hazırlıq işləri də müzakirə olunacaq”.

Murad Əhməd