Bakıda “Volkswagen” yanıb

bakida-volkswagen-yanib
Oxunma sayı: 1071

Bakı şəhərində avtomobilin yanması hadisəsi qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.