Bakıda tapılan ayı balası - “Qafqazinfo”da +Fotolar

bakida-tapilan-ayi-balasi-
Oxunma sayı: 8011

Xəbər verdiyimiz kimi, dünən Bakıda tapılan ayı balası bu gün aidiyyatı quruma təhvil verilib. "Qafqazinfo" paytaxt sakinlərinin marağına səbəb olan ayının fotolarını çəkə bilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo"ya verilən açıqlamada bildirilir ki, ayı hələ ki, vəhşi təbiətə buraxılmayacaq: "Ayı balası bu gün Altıağac Milli Parkının nəznindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına təhvil verilib. Öncə müayinə olunacaq, bir müddət reabilitasiya keçdikdən sonra təbiətə buraxılacaq".