Bakıda siqaret kötüyü yanğına səbəb oldu | Sosial | Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az


Bakıda siqaret kötüyü yanğına səbəb oldu- Video

Bakıda siqaret kötüyü yanğına səbəb oldu
Oxunma sayı: 3

Bakıda ağac yanıb.

Qafqazinfo”nun baku.ws-ə istinadən məlumatın görə, hadisə Xan Şuşinski küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğının baş verməsinə səbəb yaxınlıqdakı binadan aşağı atılan siqaret kötüyüdür. Belə ki, havanın küləkli olması qısa zamanda yanğının böyüməsinə səbəb olub.

Hadisə zamanı yaxınlıqdakı avtomobillərin yanma təhlükəsi yaranıb. Əraziyə FHN yanğınsöndürənləri cəlb olunub və qısa zamanda yanğın söndürülüb.


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: [email protected]

Oğurluq etmə, istinad et!