Bakıda səfirliyin maşını qəzaya düşdü

bakida-sefirliyin-masini-qezaya-dusdu
Oxunma sayı: 758

Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, Füzuli küçəsi, 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi “Mercedes B-Class” markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi “Kia-Optima” markalı avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.