Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb

bakida-neqliyyatin-mubadile-merkezi-yaradilib
Oxunma sayı: 1357

Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü 30 aprel 2016-cı il tarixində “Koroğlu” metro stansiyası ətrafında və Heydər Əliyev prospektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi, və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin biri-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb.

Koroğlu metro stansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyatın Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarmış oldu.