Bakıda məktəb müəlliminə qarşı 93 minlik dələduzluq

bakida-mekteb-muellimine-qarsi-93-minlik-deleduzluq
Oxunma sayı: 1206

Bakıda daha bir müəllimə qarşı külli miqdarda dələduzluq edilib.

"Qafqazinfo" xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsinin sakini, 1960-cı il təvəllüdlü Gülbahar Kamal qızı Abbasova polisə ərizə ilə müraciət edərək Rizvan adlı şəxsin onun adına Beynəlxalq Bankdan 93 min manat kredit götürərək mənimsədiyini bildirib. Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, G. Abbasova 252 saylı orta məktəbin müəllimidir.