Bakıda “makler”in aldatdığı şəxslər küçədə qalıblar - Video

bakida-maklerin-aldatdigi-sexsler-kucede-qaliblar
Oxunma sayı: 3054

Bir neçə aydır ki, vətəndaş nikahında olan iki şəxs Binəqədi rayonunda, daha dəqiq, Azadlıq metrostansiyasının çıxışındakı parkda yaşayırlar.

Gecələr ağacların altında yatır, oturduqları daşın üstündə kim nə versə yeyirlər. Birgə yaşayan Adil Həsənov və Məhəbbət Məmmədova çıxılmaz vəziyyətdə qalıblar.

Qafqazinfo”nun xezerxeber-ə istinadən məlumatına görə, Adil Həsənov iddia edir ki, Səlim adlı rieltor onu aldadıb. Rieltor 2010-cu ildə 10 min manat pul alsa da, nə ev tikib, nə də pulu qaytarıb.

Adil Həsənov isə məsələ ilə bağlı 2014-cü ildə Binəqədi polisinə müraciət edib.

Səlim adlı rieltor isə bildirib ki, 10 min manatdan 6 min manatı müxtəlif vaxtlarda geri qaytarıb.