Bakıda ev yandı

bakida-ev-yandi
Oxunma sayı: 710

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları və "Supra" markalı televizor 9 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.