Bakıda bu yollarda tıxac azalıb

bakida-bu-yollarda-tixac-azalib
Oxunma sayı: 1041

Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işləri öz müsbət nəticələrini verib.

“Qafqazinfo” “Azəryolservis” ASC-nin saytına istinadən xəbər verir ki, günün istənilən vaxtı “tıxacla” rastlaşdığımız Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstore” yol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçivani küçələrinin kəsişməsində (“Statistika” dairəsində), Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (“Qələbə k/t qarşısındakı dairədə) və 20 Yanvar dairəsində aparılan yenidənqurma işləri, bu ərazilərdə nəqliyyat axınına müsbət təsir edib və nəticədə sözügedən qovşaqlarda “tıxac” problemi xeyli azalıb.

Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanıb.

Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaradıb.

2015-ci il ərzində ASC tərəfindən 1739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə, 33 844 p.m isə əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1050,6 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.