Bakıda bu yol 1 günlük bağlanır

bakida-bu-yol-1-gunluk-baglanir
Oxunma sayı: 1246

Bakının mərkəzi küçələrindən biri bağlanır.

Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 1-də saat 7:00-dan etibarən paytaxtın Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinə bir günlük tam məhdudiyyət qoyulacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətdə süni sıxlıq və tıxacın yaranmaması üçün həmin gün alternativ yollara üstünlük verilsin.