Bakıda biznesmen özünü asdı - Meyitini işçiləri aşkarladı

bakida-biznesmen-ozunu-asdi-
Oxunma sayı: 11071

Bu gün Bakıda intihar hadisəsi baş verib.

Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən “Dortek” mağazasının zirzəmisində asaraq intihar edib.

38 yaşlı B.Aslanov Bakıdakı “Dortek” mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.