Bakıda binada yanğın olub - 15 sakin təxliyyə edilib

bakida-binada-yangin-olub-
Oxunma sayı: 1571

Bakıda yanğın hadisəsi qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib. Nəticədə zirzəmidə olan məişət tullantıları və elektrik kabeli yanıb.

Yanğınsöndürənlər binada yuxarı mərtəbələrdə olan 15 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.