“Bakı-Tbilisi-Qars layihəsinin dəyəri arta bilər” - Ziya Məmmədov

baki-tbilisi-qars-layihesinin-deyeri-arta-biler
Oxunma sayı: 1173

“Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan-Azərbaycan sahəsinin dəyəri arta bilər”.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Tbilisi şəhərində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonra mətbuat konfransında deyib.

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım da mətbuat konfransında iştirak edib.

Z.Məmmədov qeyd edib ki, layihənin bu il üçün büdcəsi 150-170 milyon dollar təşkil edir, lakin cari dünya maliyyə problemlərinə görə arta bilər: "Ümumiyyətlə, istənilən layihədə qiymət qalxır, çünki ilkin olaraq layihə hazırlanır, müəyyən təhlildən sonra rəsmi qiymət təyin edilir".

Gürcüstanlı nazir də Z.Məmmədovun layihənin dəyəri ilə bağlı bəyanatını təsdiqləyib.

Qeyd edək ki, hazırda layihənin dəyəri 775 milyon dollardır.