Bakı-Tbilisi aviareyslərinin vaxtı dəyişəcək

baki-tbilisi-aviareyslerinin-vaxti-deyisecek
Oxunma sayı: 1063

“Azərbaycan Hava Yolları” QSC bu il martın 1-dən Bakı-Tbilisi istiqaməti üzrə bəzi reyslərin uçuş vaxtını dəyişəcək.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hazırda Tbilisiyə reyslər hər gün Bakı vaxtı ilə saat 09:30-da həyata keçirilir. Martın 1-dən isə çərşənbə axşamları və bazar günləri uçuşlar saat 14:00-da həyata keçiriləcək. Həftənin digər günlərində isə uçuş saatları dəyişməyəcək.

P.Kəsəmənski aviareyslərin vaxtının dəyişməsini Tbilisi aeroportunun eniş-uçuş zolağındakı tikinti işləri ilə əlaqədar olduğunu söyləyib.