Bakı-Sumqayıt yolunda sürüşmə - “Vəziyyət təhlükəlidir”

baki-sumqayit-yolunda-surusme
Oxunma sayı: 3375

“Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində böyük çat yaranıb, çökmə müşahidə edilir. Vəziyyət təhlükəli hesab olunur”.

"Qafqazinfo" xəbər verir ki, bunu publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib: “Sürüşmə Sumqayıtdan Bakıya gələn avtobusların Avtovağzala giriş istiqamətində baş verib. Yolun dayanacaq hissəsində yol 30-40 sm çöküb, istinad divarı 15 sm aralanıb, avtovağzal tərəfə əyilib”.

Ə.Piriyev bildirib ki, təhlükəli olduğundan artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb: “İlkin müşahidələrdən sonra səbəbin atmosfer çöküntüləri, suvarmalarla əlaqədar olduğunu düşünürük. Ola bilər ki, lay suları da təsir etsin. Lakin bu, ilkin rəydir, dəqiq səbəbi müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Sumqayıt yolunda heç bir məhdudiyyət yoxdur, sadəcə sürüşmə baş verən dayanacağa giriş məhdudlaşıb. Çünki çat böyükdür, hər an daha da böyüyə bilər. Çatın genişlənməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir”.