Bakı-Sumqayıt qatarında sərnişinlər yoxlanılır

baki-sumqayit-qatarinda-sernisinler-yoxlanilir
Oxunma sayı: 1758

Bakı-Sumqayıt qatarında təhlükəsizlik tədbirləri gücləndirilib.

"Qafqazinfo"nun azvision.az-a istinadən verdiyi məlumata görə, Bakıdan Sumqayıta gedən sərnişinlərin biletləri bir-bir yoxlanılır, çantalara baxış keçirilir.

Sərnişinlərin yoxlanılması üçün platformaya nəzarətçilər cəlb olunub.

İlkin məlumata görə, Bakı-Sumqayıt qatarında yoxlamaların aparılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır.