Bakı Avrasiya Universitetində məzun günü - Fotolar

baki-avrasiya-universitetinde-mezun-gunu
Oxunma sayı: 3356

Bu gün Bakı Avrasiya Universitetinin I tədris korpusunun qarşısında “Məzun günü” qeyd edilib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Nazim Hüseynli açaraq bu il öz təhsillərini müvəffəqiyətlə başa vuran tələbələri “Məzun günü” münasibətilə təbrik edib.

Tədbirə qatılan professor Nazim Cəfərli, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, eləcə də millət vəkilləri Adil Əliyev, Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağızadə, Nərimanov rayon İdman İdarəsinin rəisi Nəcəf Novruzov məzunların adlarının həmişə yüksəkdən gəlməsini arzu ediblər. İlqar Mirzəyev Bakı Avrasiya Universitetinin məzunu olduğunu qeyd edərək bu adla fəxr etdiyini bildirib. Məzun törəninə qatılan Fələstinin Azərbaycandakı səfiri Nasser A.Karen, İordaniya səfirliyinin Bakıdakı konsulu Saad Gazal eləcə də Liviya səfirinin müavini Mühammed Muara Bakı Avrasiya Universitetinin məzun törənində iştirak ediblər.

Tədbir tələbələrin çıxışları, Azərbaycanın milli rəqsləri, müğənni Sevda Yəhyayevanın ifaları ilə davam etdirilib.