Bakı Ali Neft Məktəbinin 4 yaşı oldu

baki-ali-neft-mektebinin-4-yasi-oldu
Oxunma sayı: 745

Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 4 ili tamam oldu. Bakı Ali Neft Məktəbi prezident İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır. 

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 17 tələbəsi. 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan 9 (doqquz) nəfəri “Neft-qaz mühəndisliyi”, 5 (beş) nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 3 (üç) nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Qeyd edək ki, BANM TQDK-nın əsas göstəricilərinə görə daim liderlik mövqeyini saxlayır.

2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.
Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu bu ilin sonunadək istifadəyə veriləcək.
BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə Ali Məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olaraq, ISO 9001 - Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlarını alıb.