Bağçalara qəbulda dəyişiklik

bagcalara-qebulda-deyisiklik
Oxunma sayı: 4923

Gələn ildən uşaqların bağçalara qəbulu elektron qaydada aparılacaq. "Qafqazinfo" XezerXeber-ə istinadən xəbər verir ki, ancaq məktəbəqədər təhsil müəssisələri az olduğundan uşaq daha sonra müsahibə yolu ilə bağça rəhbərliyi tərəfindən seçiləcək. Yəni yenilik bu problemin həlli üçün ciddi effekt verməyə bilər. Mütəxəssislərin çıxış yolu üçün təklifi var.

Belə hallara son qoyula bilər. Gələn ildən dövlətin nəzarətindəki uşaq bağçalara qəbul elektron qaydada aparılacaq.

Sənəd qəbulu elektron formada aparılsa da məktəbəqədər təhsil müəssisələri az olduğundan uşaq müsahibə yolu ilə seçiləcək. Yəni valideyn yaşadığı ərazi üzrə övladını bağçaya yazdırmaq üçün seçim turundan keçməlidir. Bu isə elektron qəbul qaydasının təsirini azaldacaq, məmur-vətəndaş münasibətlərinin sıfıra endirilməsində mane olacaq.

Pedaqoq Əjdər Ağayev bunun qarşısını almaq üçün qəbul komissiyasının yaradılmasını da vacib hesab edir. Onun fikrincə sənəd qəbulunun elektronlaşdırılması ilə yanaşı uşaq seçiminin də bağça rəhbərliyi yox, komissiyya tərəfindən aparılması vacibdir.

Digər çıxış yolu isə məktəbəqədər təhsil müəssisələrinin artırılmasıdır.