Bacıları xəstə qardaşdan imtina edib - Video

bacilari-xeste-qardasdan-imtina-edib-
Oxunma sayı: 2148

Sabirabadda kirayədə qalan İntiqam Məmmədov iflic olduğundan nə kirayə haqqını verə bilir, nə də yaxınları ona sahib çıxır. Ev sahibi isə ona evində bir aydır baxır. Kimsəsiz olsa da, xəstə adamı küçəyə atmağı insafına sığışdırmır. Ona görə də aidiyyati qurumlardan bu şəxsin dövlət himayəsinə götürülməsini istəyir.

Ev sahibi Afiqə Quliyeva Sabirabad rayonunda süpürgəçi işləyir, yoldaşı isə xəstədir. Aylıq gəlirləri az olduğundan mənzilin bir otağını kirayə vermək qərarına gəliblər. Təxminən bir ay əvvəl İsmayıl adlı bir nəfər İntiqam Məmmədovu onlara gətirərək mənzilə yerləşdirib. Və bir aylıq kirayə haqqını da ev sahibinə ödəyərək bundan sonrakı ayların kirayə pulunun İntiqam Məmmədovun özü tərəfindən ödəniləcəyini deyib.

Afiqə Quliyeva onun rayonda iki bacısının və paytaxtda da iki qızının yaşadığını deyir. Lakin ailə üzvlərindən heç kim ona sahib çıxmır.

Həyat yoldaşından 5 il əvvəl ayrılan İntiqam Məmmədov o, vaxtdan bəri tənha kirayələrdə qalır. Afiqə Quliyeva deyir ki, hazırda o nə ev kirayəsini verə bilir, nə də yaxınları onu qəbul edir. Ev sahibəsi də ailə vəziyyətini nəzərə alaraq onu saxlamaq imkanında olmadıqlarını deyir.

Onlar bu məsələ ilə bağlı həm rayon icra hakimiyyətinə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinə müraciət ediblər. Lakin hələ ki, onlara cavab gəlməyib.

"Qafqazinfo" xezereber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: