AzMİU-da dünya şöhrətli alimlə görüş olub

azmiu-da-dunya-sohretli-alimle-gorus-olub-
Oxunma sayı: 979

Kosmik tədqiqatlar sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyevlə bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində görüş keçirilib.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə AzMİU-nun professor - müəllim heyəti, alimlər, mütəxəssislər iştirak ediblər. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova alimin uzun və şərəfli ömür yolu, elmi fəaliyyəti, elmə gətirdiyi yeniliklər, aldığı mükafatlar barədə görüş iştirakçılarına məlumat verib. Rektor eyni zamanda müasir təhsil, ali təhsil müəssisələri qarşısında duran vəzifələr, dünya təhsil sisteminə inteqrasiya, təhsilin informasiyalaşdırılması və s. barədə danışıb.

Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürüünü bildirən  R.Saqdeyev Azərbaycanda gedən kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib.

Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev AzMİU, onun tarixi, fakültələri, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə slayd- şou təqdim edib.

Görüşdən sonra qonaq universitetlə tanış olub, elmi kitabxana və laboratoriyaları gəzib, imtahan prosesiylə maraqlanıb.