“Azərsun Holdinq” Novruz Bayramında uşaqları sevindirib

azersun-holdinq-novruz-bayraminda-usaqlari-sevindirib
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, Bakı, Biləsuvar və İmişli rayonlarında təşkil olunan şənliklərdə 1900 uşaq “Bizim Tarla” və “Azerçay”dan şirin hədiyyə paketi ilə şənlənib. Əməkdaşlarının uşaqları və nəvələrini bir araya toplayıb uşaqlığın əsl ləzzətini çıxarmaq üçün imkan yaradıb.

Təkcə Bizim Tarla markasının Biləsuvarda yerləşən Natural Green Land kənd təsərrüfatı kompleksində 600-ə qədər işçi yaz-qış əmək sərf edir və onların əməyinin bəhrəsi olaraq istehlakçılarımız ilin istənilən fəslində pomidor, xiyar, noxud kimi konserv məhsullarını almaq imkanı əldə edir. Əkinçilik, yığım, qablaşdırma kimi çətin prosesləri özündə birləşdirən konserva məhsulları və daha çox qayğını sevən çay plantasiyalarından xüsusi diqqətlə seçim tələb edən çay istehsalı işçi qüvvəsinin zəhməti və diqqətilə ərsəyə gəldiyi üçün “Bizim Tarla” və “Azərçay” markaları daima əməkdaşlarını düşünür və onları həmişə məmnun etməyə çalışır. Bütün bayramlarda fərqli kampaniya və tədbirlərilə həm istehlakçıları həm də əməkdaşlarını sevindirən Bizim Tarla və Azərçay bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir!