“Azərişıq” İsmayıllıda yenidənqurma işlərini davam etdirir - Fotolar

azerisiq-ismayillida-yenidenqurma-islerini-davam-etdirir
Oxunma sayı: 2158

“Azərişıq” ASC istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə yenidənqurma və əsaslı təmir-tikinti işlərini davam etdirir.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan İsmayıllı Elektriktrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0.4 kV-luq şəbəkələrin yenidən qurulması , əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.

İsmayıllı EŞ-nin xidməti ərazisində ümumi uzunluğu 47.3 km olan 110 kV-luq İsmayıllı h/x tam şəkildə yenidən qurulmuş, 110 kV-luq İsmayıllı h/x-nin uzunluğu 4.8 km olan Qubaxəlilli budaqlanmasında ağac dayaqlar dəmir beton dayaqlarla əvəz edilib.

110/10 kv-luq Qubxəlilli ,35/10 kv-luq İvanovka , 35/10 kv-luq Basqal, 35/10 kv-luq Girdimançay y/s-st-da tr-tor və avadanlıqlar əsaslı və cari təmir edilib.

35 kv-luq Basqal h/x-də 2.5 km əsaslı təmir işləri aparılmış 8 ədəd dayaq yenisi ilə əvəz edilib. 10 kV-luq EVX-də 52.3 km məsafədə əsaslı və cari təmir işləri aparılıb.

Təmir işləri zamanı 354 ədəd 10 kV-luq dayaq quraşdırılıb və 10.2 km məsafədə naqil dəyişdirilib.

O cümlədən 10 kv-luq Qafqaz h/x-də 73 ədəd, Yeniyol h/x-də 42 ədəd, H.Aslanov h/x-də 75 ədəd, Ə.Bayramov h/x-də 121 ədəd, A.Ələsgər h/x-də 15 ədəd, Talış h/x-də 35 ədəd, Talıstan h/x-də 12 ədəd, Qəsəbə h/x-də 3 ədəd, Xəstəxana h/x-də 8 ədəd, Mican h/x-də 6 ədəd, Quşçuluq h/x-də 21 ədəd, Kalva h/x-də 6 ədəd, Basqal -1 h/x-də 8 ədəd, Quşencə h/x- də 23 ədəd, Xanlar h/x-də 17 ədəd, Şərabzavod h/x-də 10 ədəd dayaq dəyişdirilib.0.4 kV-luq EVX-də 41.9 km məsafədə əsaslı və cari təmir işləri aparılıb. 195 ədəd 0.4 kV-luq dayaq quraşdırılıb. 10/0.4 kV-luq tr-r y/st-dan 13 ədəd əsaslı 163 ədədi cari təmir edilib.

Kəndlərdə 1.8 km çılpaq naqil SİP kabellə əvəz edilib. Ümumilikdə rayon ərazisində 31 ədəd yeni KTM quraşdırılıb.

20 ədəd KTM quraşdırılması da nəzərdə tutulub. (Basqal kəndində bir ədəd 630 kVA-lıq, 2 ədəd 400 kV-lıq, bir ədəd 250 kV-lıq KTM quraşdırılıb. Bir ədəd 400 kVA-lıq KTM quraşdırılıması nəzərdə tutulub).

Xanagah, Qurbanəfəndi, İsmayıllı, Tircan kəndində və Basqal qəsəbəsində 30.1 km SİP xətt çəkilib və 1163 ədəd yeni dəmir dayaq quraşdırılıb. Şəbəkənin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

İyul ayının 22-də İsmayıllı rayonunda “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş ofis binası istifadəyə verilib.

İki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb. Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. 

Yeni inşa edilmiş ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin, yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2016-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.