Azərbaycanlı gənclər "Sülh" təlim kursunda

azerbaycanli-gencler-sulh-telim-kursunda
Oxunma sayı: 701

Böyük İpək Yolu Gənclər İttifaqını katibliyinin nümayəndələri Əligül Ağayev və Nərgiz Abdullayeva İspaniyanin Senderiz bölgəsində keçirilən "Sülh" təlim kursunda iştirak ediblər.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Avropanın 16 ölkəsindən 36 gənc fəalın iştirak etdiyi təlim kursunda sülhün təbliğ olunması və zorakılığın qarşısısnın alınması mövzusunda təlimlər keçirilib.

Erasmus + layihəsi olaraq "Gənc Sülh Səfirləri" proqramı çərçivəsində keçirilib. Təlimdə hal-hazırda Avropada aktual olan miqrant böhranı təhlil olunub. Sülh quruculuğunda gənclərin rolunun artırılması məqsədi və layihənin davamlılığını təmin etmək üçün bir-neçə layihələrin icrası qərara alınıb.