Azərbaycanla Fələstin arasında siyasi məsləhətləşmələr keçirilib

azerbaycanla-felestin-arasinda-siyasi-meslehetlesmeler-kecirilib
Oxunma sayı: 645

Azərbaycan və Fələstin Dövləti arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Fələstin Dövlətini isə xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiya təmsil edib.

Xələf Xələfov ölkəmiz ilə Fələstin arasında tarixi köklərə malik olan əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. O, Azərbaycanın beynəlxalq səviyyədə Fələstini hərtərəfli dəstəklədiyini vurğuladı.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmkarına ətraflı məlumat verdi.

Mazen Şamiya Fələstinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirərək, regionun lider dövləti kimi Azərbaycanın hərbi və iqtisadi gücünün artmasının münaqişənin sülh yolu ilə həllinə zəmin yaratdığını vurğuladı. Azərbaycanın multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına böyük töhfə verdiyini bildirən Fələstinli nazir müavini Azərbaycanın islam dünyası üçün bir nümunə olduğunu və İƏT çərçivəsində ölkəmizin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğuladı.