Azərbaycanın 33 şəhərində yeni ildən dəyişiklik olacaq...

azerbaycanin-33-seherinde-yeni-ilden-deyisiklik-olacaq
Oxunma sayı: 9402

Gələn il dövlət büdcəsindən dotasiya almayan rayon və şəhərlərin sayında artım olacaq.

Qafqazinfo” xəbər verir ki, 2017- ci ildə özünü yerli gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sayı 33-ə çatacaq. Belə ki, gələn ildən etibarən Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da xərclərini öz gəlirləri hesabına təmin edəcək.

Qeyd edək ki, hazırda Mingəçevir, Sumqayıt, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları büdcədən dotasiya almır.

Günel Türksoy