Azərbaycanda yeni nazir - Təyinatı

azerbaycanda-yeni-nazir
Oxunma sayı: 10983

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən Məmməd Qəribov Muxtar Respublikasının təhsil naziri təyin edilib. M. Qəribov bundan əvvəl təhsil nazirinin müavini olub.

Xatırladaq ki, V. Talıbovun 17 fevral 2016-cı il tarixli sərəncamı ilə Piri Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.