Azərbaycanda minimum əməkhaqqı artırıldı - Sərəncam

azerbaycanda-minimum-emekhaqqi-artirildi-
Oxunma sayı: 23103

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, prezidentin sərəncamı ilə Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Prezident həmçinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.