Azərbaycanda məktəbli qəflətən öldü

azerbaycanda-mektebli-qefleten-oldu
Oxunma sayı: 3322

Masallıda 15 yaşlı məktəbli ölüb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

İ. Əmənovun atası 6 ay öncə vəfat edib.