Azərbaycanda I kurs tələbəsi intihar etdi - İmtahandan kəsildiyi üçün

azerbaycanda-i-kurs-telebesi-intihar-etdi
Oxunma sayı: 9134

Azərbaycanda I kurs tələbəsi intihar edib.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Rumiyyə (soyadını dəqiqləşdirə bilmədik) imtahandan kəsildiyi üçün özünü öldürüb.

Bu barədə tələbənin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

***

Daxili İşlər Nazirliyi də gənc tələbənin intiharı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

Günel Türksoy