Azərbaycanda gənclərin yaşı dəyişdirilir

azerbaycanda-genclerin-yasi-deyisdirilir
Oxunma sayı: 8329

“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi gənclər haqqında qanunvericilikdə də dəyişiklərə səbəb olacaq”.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bunu açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. O, bu il “Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişiklərin olacağını söyləyib: “Artıq qanunvericilikdə gənclər yaşı ilə bağlı məsələlər dəyişilməlidir. “Gənclər siyasəti haqqında” qanuna da bu il köklü dəyişiklər ediləcək. Bu, zamanın tələbidir. Qanuna dəyişiklik böyük bir paketi əhatə edəcək. Bu dəyişiklər Milli Məclisin payız sessiyasında öz həlini tapacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda 18-29 yaşlı vətəndaşlar gənclər sayılır.