Azərbaycanda DSK sədri vəfat etdi

azerbaycanda-dsk-sedri-vefat-etdi
Oxunma sayı: 7188

Azərbaycanda Dairə Seçki Komissiyasının (DSK) sədri vəfat edib.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, 57 saylı Kürdəmir Seçki Dairəsinin sədri Şərbala Səfərov 3 gün əvvəl vəfat edib. Bununla əlaqədar DSK-nın yeni sədri seçilib.