Azərbaycanda daha bir ana ölümü - Baş həkimdən açıqlama

azerbaycanda-daha-bir-ana-olumu
Oxunma sayı: 2493

Biləsuvar rayonunda ana doğuşdan sonra ölüb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, rayonun Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.

Məlumata görə, doğuş zamanı ana oğlan uşağını dünya gətirib və doğuşdan sonra ölüb. Körpənin durumunun normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rayonda baş verən ölüm hadisəsi ilə bağlı Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rövşən Pənahov “Qafqazinfo” ilə əlaqə saxlayıb. O bildirib ki, ölüm hadisəsinin rayona aidiyyatı yoxdur: “Amidə Füzuli qızı Arzumanlı 33 gün bundan əvvəl İmişli rayon xəstəxanasında normal doğuş həyata keçirib. Doğuşdan sonra onda böyrək çatışmazlığı problemi yaranıb. Bununla əlaqədar valideynləri tərəfindən yanvarın 5-də Bakıya gətirilib. Ayın 11-də isə Bakıda vəfat edib. Yəni mərhumun vəfatının Biləsuvar rayonu ilə əlaqəsi yoxdur”.