“Azərbaycanda ana və uşaq ölümləri azalıb”

azerbaycanda-ana-ve-usaq-olumleri-azalib
Oxunma sayı: 658

"Dünyada doğuş ərəfəsində hər il yarım milyon ana dünyasını dəyişir".

"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov ana və uşaq ölümləri ilə bağlı Milli Məclisdə keçirilən dəyirmi masada dinləmələr zamanı deyib. O qeyd edib ki, bu statistikada inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərqlər var: “Ana ölümlərinin 50 faizi Afrika qitəsinin payına düşür. İnkişaf etmiş ölkələrdə bu rəqəm 1 faizə düşür. 1990-ci ildə 5 yaşına çatmamış 12 milyon uşaq dünyasını dəyişirdi. 2012- ci ildə bu rəqəm 6,6 milyon, 2015- ci ildə isə 5,9 milyona düşüb. Azalmanı nəzərə alsaq da bu statistika insanları təşvişə salır”.

Onun sözlərinə görə, ölkəmizdə ana və uşaq ölümləri son illər təsirli dərəcədə azalıb: “Ancaq bu sahədə yenə də problemlər var. Ana və uşaq sağlamlığının qorunması məsələsi dövlətin həyata keçirəcəyi ən prioritet məsələlərdən biridir. Burada təkcə məsuliyyət həkimlərin üzərinə düşmür, bütün aidiyyatı qurumlar buna diqqətlə yanaşmalıdır”.

Günel Türksoy