Azərbaycana qonaq gələn 17 yaşlı qız intihar edib

azerbaycana-qonaq-gelen-17-yasli-qiz-intihar-edib
Oxunma sayı: 6553

Cəlilabadda intihar hadisəsi baş verib.

Qafqazinfo” “Lent.az”a istinadən xəbər verir ki, martın 14-də rayonun Maşlıq kəndində 17 yaşlı Rusiya vətəndaşı İradə Nəsirova özünü asaraq, intihar edib.

Kənd sakinləri bildiriblər ki, İradə Nəsirova ailəsi ilə birgə kəndə baba evinə qonaq gəlibmiş.   

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.