Azərbaycan qaçqınları ilə bağlı müzakirə

azerbaycan-qacqinlari-ile-bagli-muzakire
Oxunma sayı: 1037

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri Monakoda keçirilən Beynəlxalq Sülh və İdman Forumunda danışılıb.

Qafqazinfo” xəbər verir ki, Monako şahzadəsi Əlahəzrət II Albertin ali patronajlığı altında noyabrın 23-dən 25-nə qədər keçirilən doqquzuncu Beynəlxalq Sülh və İdman Forumunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycandakı qaçqın və məcburi köçkünlərinin çətin durumu və ölkənin bu icmalarla iş təcrübəsi diqqət mərkəzində olub.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter forum çərçivəsində keçirilən “Yeniliklər: idman bir inteqrasiya katalizatoru kimi” adlı sessiyada çıxış edib.

Əsasən Beynəlxalq Olimpiya Komitəsi (BOK), Avropa Komissiyası, QHT nümayəndələrindən və idmançılardan ibarət bu sessiyada idmanın qaçqın, miqrant və məcburi köçkünlərin rifahına təsiri məsələsi nəzərdən keçirilib. Lionel Zetter Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə və nailiyyətləri ilə bölüşüb. O, xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda yaşayan təqribən doqquz nəfərdən biri qaçqın və ya məcburi köçkündür, Bu, dünyada adambaşına düşən ən yüksək göstəricidir.

Öz nitqində Lionel Zetter, həmçinin, Azərbaycan hökumətinin 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra qaçqın və məcburi köçkün əhalisi üçün gördüyü işlər barədə məlumat verib. O, həmçinin, qaçqın və məcburi köçkün gənclər üçün nəzərdə tutulan idman layihələrinin həyata keçirilməsində TEAS-ın rolu haqqında da danışıb.

Çıxışçılar arasında üç tunisli Nobel mükafatçısı Abdessətar Ben Moussa, Məhəmməd Fadhel Mahfoudh və Ouided Bouçamaoui, beşqat olimpiya çempionu və olimpiya gümüş medalçısı Şarmen Kruks (yüngül atletika, Kanada), BOK üzvü, ikiqat olimpiya çempionu və Macarıstanın sabiq prezidenti Pol Şmitt (qılıncoynatma) və üçqat olimpiya çempionu Aya Medani (müasir beşnövçülük, Misir) olub.