Azərbaycan Paris Razılaşmasını imzaladı - Fotolar

azerbaycan-paris-razilasmasini-imzaladi
Oxunma sayı: 1490

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil (Baş) Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xariici işlər, ətraf mühit nazirləri imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan Respublikası Hökuməti adından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub.