Azərbaycan gəncləri bir araya gətirilir

azerbaycan-gencleri-bir-araya-getirilir-
Oxunma sayı: 646

Gənclər sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili sahəsində müxtəlif layihələr həyata keçirən Gənclər Təşkilatları Milli Şurası dekabrın 24-də “Sağlam gələcək, sizinlə gələcək” adlı tədbir həyata keçirəcək. Şuranın mətbuat xidmətinin rəhbəri Orxan Əlinin “Qafqazinfo”ya verdiyi məlumata görə, əsas məqsəd müxtəlif yaş qruplarından ibarət gənclərin cəmiyyətdə formalaşması, pis vərdişlərdən çəkinməsi və sağlam həyat tərzi keçirməsini aşılamaqdır.

Milli Şuranın təşəbbüsü ilə təşkil ediləcək tədbirə ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, tələbələr qatılacaqdır.

Qeyd edək ki, tədbirdən sonra gənclər üçün əyləncəli proqram təşkil ediləcək.