Avtovağzaldakı gediş-gəlişdə yubanmalar var

avtovagzaldaki-gedis-gelisde-yubanmalar-var
Oxunma sayı: 649

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, hava şəraiti reyslərə təsir etməsə də, bütün istiqamətlərdə avtobusların gediş-gəlişində gecikmələr yaranıb: “Sürücülər hava şəraiti ilə əlaqədar təlimatlandırılıb və təhlükəsizlik səbəbindən avtobusları aşağı sürətlə hərəkət etdirirlər. Bu isə gecikmələrə səbəb olur. Hazırda avtovağzalda sərnişin azlığı müşahidə olunur”.