Avtovağzalda heç bir reys təxirə salınmayıb

avtovagzalda-hec-bir-reys-texire-salinmayib
Oxunma sayı: 666

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

O bildirib ki, hava şəraiti Bakıdan gedən və Bakıya gələn avtobuslarda gecikmələrə də səbəb olmayıb.