Avtobusları zibilləyən kimlərdir?

avtobuslari-zibilleyen-kimlerdir
Oxunma sayı: 882

“BakuBus” MMC avtobusların salonunda natəmiz vəziyyət müşahidə olunduğu üçün sərnişinlərə müraciət edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, avtobuslar gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılsa da, qaraja qayıdan zaman salonlarında müxtəlif növ məişət tullantıları- salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları aşkar olunur. Xüsusilə də, son vaxtlar oturacaq və salonun digər hissələri məsuliyyətsiz sərnişinlər tərəfindən yazılır, cızılır və ya qalıcı xəsarətlər yetirilir.

Sözügedən nüanslarla bağlı hazırda araşdırmalar aparılır və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunur. Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.