Avstriyanın dünya şöhrətli alimi BANM-də

avstriyanin-dunya-sohretli-alimi-banm-de
Oxunma sayı: 628

Bakı Ali Neft Məktəbində (BANM) Vyana Texnologiya Universitetinin Mühəndisliyin idarəedilməsi üzrə magistratura proqramının yaradıcısı və proqram direktoru, professor Peter Kopaçek Ali Məktəbin tələbələri üçün iki günlük təlimlərə başlayıb.

Qafqazinfo” xəbər verir ki, professor Peter Kopaçek iki gün ərzində BANM-in tələbələri üçün “Avtomatika sahəsində müasir istiqamətlər” və “Mexaniki idarəetmənin sonu” mövzusunda təqdimatlar keçirəcək. Rektor Elmar Qasımov qonağa BANM-in beynəlxalq əlaqələrindən danışıb, Ali Məktəbin bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığından söz açaraq tələbələrin bu ali təhsil müəssisələrinin professorları və beynəlxalq şirkətlərin mütəxəssisləri tərəfindən keçirilən mühazirələri böyük maraqla qarşıladığını vurğulayıb.

Peter Kopaçek təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışaraq öz fəaliyyəti və iş təcrübəsi barədə məlumat verib. Proseslərin və sənayenin avtomatlaşdırılması, eləcə də robotikanın hazırda avtomatika sahəsində sürətlə inkişaf edən sahələr olduğunu bildirən professor təlimlər zamanı sənaye və mobil robotlar, o cümlədən humanoid robotlar haqqında təqdimatlarla çıxış edəcəyini deyib.