Avovağzaldakı sürüşmə ilə bağlı son vəziyyət

avovagzaldaki-surusme-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1024

Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yolun əsas hissəsindəki çökmə ilə bağlı son vəziyyət açıqlanıb. Məlum olub ki,ərazidə çökmə hələ də davam edir.

"Qafqazinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı ərazidə çökmə prosesi hələ də dayanmayıb.

Ekologiya və Təbii sərvətlər nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, ərazidə ilk gündən indiyə qədər 60-80 sm qədər torpaq qatı çöküb.Çökmənin indi də davam etməsini təhlükəli hesab etmək olmaz.

Geoloji Xidmət Ekspedisiyasının rəyinə görə istinad divarında hərtərəfli bərkitmə işləri getdiyindən yağıntılar olarsa belə, hansısa sürüşmənin baş verməsi gözlənilmir.