Aptekdə aldadılanların nəzərinə - “Hərə bir qiymət deyir”+Video

aptekde-aldadilanlarin-nezerine-
Oxunma sayı: 3088

Dövlət apteklərdə bir çox dərman qiymətlərini təsdiqləsə də, bəzi hallarda alıcılar aldanır. Apteklərdə eyni adlı dərmanlar fərqli qiymətlərə satılır. Bəzi dərman vasitələrini isə apteklərdə tapmaq olmur. Belə halların qarşısını almaq üçün alıcılar müraciət etdikləri apteklərdən mütləq qəbz tələb etməlidirlər.

Ekspert Hilal Əhmədov Azad İstehlakçılar Birliyinə bu cür müraciətlərin çox olduğunu bildirir. Müraciət əsasında məsələ araşdırılaraq öz həllini tapır. İstehlakçı hüquqlarını pozan aptek sahibləri qanunla nəzərdə tutulan qaydada cəzalandırılır.

Dərmanların təsdiqlənən vahid qiymətləri haqqında internet üzərindən də məlumat əldə edə bilərik. Bunun üçün PHARMA.AZ saytına daxil olmaq kifayətdir. Burada dərmanların həm topdan həm də pərakəndə satış qiymətləri öz əksini tapır.

Qafqazinfo” ARB TV-nin mövzu ilə bağlı reportajı təqdim edir: