Antena qurmaq istədi, qarnına dəmir batdı

antena-qurmaq-istedi-qarnina-demir-batdi
Oxunma sayı: 1389

Goranboy rayon sakini qarnından ağır xəsarət alıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Baxçakürd kənd sakini 1997-ci il təvəllüdlü Ruslan Həsənov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Yaxınlarının dediyinə görə, R. Həsənov yaşadığı evdə çanaq antena quran zaman hündürlükdən yerə yıxılıb və qarnını dəmir batıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.