Ankaradakı partlayışda ölən azərbaycanlı var?

ankaradaki-partlayisda-olen-azerbaycanli-var
Oxunma sayı: 2219

Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə informasiya hələ daxil olmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 30 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib.

Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.