AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər aparacaqlar

amea-da-calisan-alimler-umumi-tehsil-muessiselerinde-numunevi-dersler-aparacaqlar
Oxunma sayı: 709

Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər tədris edəcəklər.

"Qafqazinfo"ya daxil olan məlumata görə, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqram ilə bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcək.

AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin əsas qayələrindəndir.